Gəncədə yəhudilərin “Hanuka” bayramı qeyd olunub
Dekabrın 13-də Gəncə şəhərində yəhudilərin “Hanuka” bayramı qeyd olunub. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, müdir müavinləri Elmar Fətəliyev, Faiq Əsgərov, ravvin Rav Pesax Mirov, Yəhudi dini icmasının sədri Arif Babayev və icmanın üzvləri iştirak ediblər.
Dualar oxunub və çıxışlar edilib. Vurğulanıb ki, bu bayram dünyanın müxtəlif ölkələrində, o cümlədən Azərbaycanda qeyd edilir. O da bildirilib ki, respublikamızda bütün dinlərin və xalqların adət-ənənələrinə hörmətlə yanışılır, dini və milli kimliyindən asılı olmayaraq hər kəs dini inancını sərbəst şəkildə həyata keçirir.

