Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
19.05.2022 / Xəbərlər

Gəncədə Şuşa ilinə həsr olunmuş “Şuşa mənəviyyat incisi” adlı tədbir keçirilib

Mayın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə bölməsinin birgə təşkilatçılığı ilə Şuşa ilinə həsr olunmuş “Şuşa mənəviyyat incisi” adlı tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, şöbənin əməkdaşları, Millət vəkili Pərvin Kərimzadə, Azərbaycan Dövlət Aqrar Universitetinin İctimai elmlər və multikulturalizm kafedrasının dosenti, fəlsəfə elmləri doktoru Samirə Qasımova, Gəncə Dövlət Universitetinin professoru Həsənbala Sadıxov, AMEA-nın Gəncə bölməsinin Nizami Gəncəvi mərkəzinin baş elmi işçisi Əlimuxtar Muxtarov, YAP Gənclər təşkilatının sədri Kamran Abbasov, ziyalılar və elmi işçilər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov çıxışı zamanı qeyd edib ki, Şuşa şəhəri xalqımız üçün son dərəcə əziz, müqəddəs bir məkandır və bu şəhərə olan sevgi, bağlılıq hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz tərkib hissəsidir. Şuşa milli mədəniyyətimizin, incəsənətimizin beşiyidir. Daha sonra çıxış edən natiqlər vurğulayıb ki, dövlət başçısı cənab İlham Əliyevin 2022-ci ilin “Şuşa ili” elan olunması barədə Sərəncamı Şuşa şəhərinin əvvəlki statusunun bərpası, tarixən malik olduğu şöhrətinin özünə qaytarılması, xalqımızın çoxəsrlik mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin dünyada tanıdılmasına xidmət edir. 

Sonda DQİDK-nın sifarişi ilə Şuşa haqqında çəkilmiş film nümayiş olunub.