Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
07.02.2022 / Xəbərlər

Gəncədə hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Fevralın 5-də Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin psixoloqlarının Respublika Hərbi Prokurorluğunun və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri ilə birlikdə Gəncədə hərbi hissədə tədbir baş tutub.
Bölmələrdə şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin öyrənilməsinə, hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsində komandir-rəis heyətinə köməklik göstərilməsinə dair tövsiyə xarakterli metodiki məşğələ keçirilib.
Tədbirlər çərçivəsində hərbi xidmətə yeni çağırılan gənc əsgərlərlə onların xidmət şəraitinə uyğunlaşması və psixoloji sağlamlığının qorunması məqsədilə kollektiv, qrup və fərdi qaydada psixoloji yardım və dəstək fəaliyyəti həyata keçirilib, söhbətlər aparılıb.
Sonda gənc əsgərləri maraqlandıran suallar cavablandırılıb və onlara hərbi xidmətlə bağlı lazımi tövsiyələr verilib.

Qeyd edək ki, tədbirdə DQİDK-nı Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdir müavini Elmar Fətəliyev təmsil edib.