Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
08.07.2022 / Xəbərlər

Gəncədə “Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri” mövzusu müzakirə olunub

İyulun 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyində “Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin şöbə müdiri İsmayıl Səfərov və zavodun əməkdaşları iştirak ediblər.

Çıxış edən natiqlər dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri barədə ətraflı məlumat veriblər. Eyni zamanda bu istiqamətdə həyata keçirilən maarifləndirmə tədbirlərdən bəhs olunub. 

Tədbir diskussiya şəklində davam etdirilib, iştirakçıların sualları cavablandırılıb.

Sonda DQİDK-nın sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş olunub.