Gəncədə “Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri” adlı tədbir keçirilib
İyunun 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri” adlı tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, kitabxananın rəhbəri Fəridə Qədimova və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlar zamanı dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri barədə məlumat verilib. Eyni zamanda bu istiqamətdə dövlətin həyata keçirdiyi tədbirlərdən, radikal dini təsirlər və yad dini ideologiyaların qarşısının almağın üsullarından bəhs olunub. Radikalizmlə mübarizədə xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin fəal təbliğ edilməsinin əhəmiyyəti vurğulanıb.
Tədbir diskussiya şəklində davam etdirilib, iştirakçıların sualları cavablandırılıb.
Sonda DQİDK-nın sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş olunub.
