Gəncədə dini ayinlər icra edilib
Gəncədəki Aleksandr Nevski Rus Pravoslav Kilsəsində “Vəftizçi Yəhyanın şəhidliyi” günü və kilsənin əsasının qoyulmasının 135-ci ildönümü qeyd olunub. Bu münasibətlə kilsədə dini ayinlər icra olunub. Ayinlərə Rus Pravoslav Kilsəsinin Bakı Yeparxiyasının katibi Arximandrit Aleksiy Nikonorov başçılıq edib.
Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşlarının da iştirak etdiyi mərasimlərə ruhanilərlə yanaşı, Gəncə şəhəri və ətraf bölgələrdə yaşayan pravoslavlar qatılıblar.



