Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
16.11.2022 / Xəbərlər

Gəncədə Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbir keçirilib

Noyabrın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi və Gəncə Şəhər İcra Hakimiyyətinin (İH) birgə təşkilatçılığı ilə Gəncə Dövlət Universitetində 16 noyabr - Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş seminar keçirilib.

Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, müdir müavinləri Elmar Fətəliyev və Faiq Əsgərov, İH-nin nümayəndəsi Abbas Mikayılov, Gəncə Dövlət Universitetinin prorektoru Gülsüm Fətəliyeva və tələbələr iştirak ediblər.

Çıxışlarda ölkəmizdə mövcud olan tolerantlıq ənənələrindən bəhs olunub, Azərbaycanın multikultural dəyərlərə malik tolerant ölkə olduğu və burada insanların dini etiqadına hörmətlə yanaşıldığı qeyd edilib.

Tədbirin sonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Mənəvi intibah” sənədli filmi nümayiş olunub.