Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
08.12.2021 / Xəbərlər

Gəncə Tibb Kollecində maarifləndirmə tədbiri keçirilib

Dekabrın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Gəncə Tibb Kollecində “Məişət zorakılığının qarşısının alınmasında əxlaqi-dini dəyərlərin rolu” mövzusunda seminar təşkil edilib.

Seminarda DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, şöbənin əməkdaşları və Tibb Kollecinin müəllim-tələbə heyəti iştirak ediblər.

Karantin qaydalarına riayət edilməklə qarşılıqlı diskussiya şəklində keçirilən tədbirdə iştirakçılara məişət zorakılığı və formaları haqqında geniş izahat verilib, məişət zorakılığının qarşısının alınmasında əxlaqi və dini dəyərlərin rolu haqqında danışılıb.