Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
13.11.2026 / Xəbərlər

Gəncə şəhərində “Mənəvi dəyərlər” həftəsi keçiriləcək

Noyabrın 16-19-da Gəncə şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Gəncə Dövlət Universiteti, Komitənin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə “Mənəvi dəyərlər” həftəsi keçiriləcək.

Layihənin məqsədi dini sahədə təhsil alan gənclərin dünyəvi düşüncə tərzini, Azərbaycançılıq məfkurəsinə, milli-mənəvi dəyərlərimizə, tarixi ənənələrimizə və mədəni irsimizə bağlılığını, eləcə də milli kimlik şüurunu gücləndirməkdir.

Proqram çərçivəsində Gəncə Dövlət Universitetində “Mənəvi dəyərlər” günü təşkil olunacaq. Müvafiq dövlət qurumlarının nümayəndələrinin, ali təhsil müəssisələrinin rəhbər və pedaqoji heyətinin, eləcə də tələbələrin qatılacağı tədbirdə universitetin və Azərbaycan İlahiyyat İnstitutunun müəllimləri mövzuya dair mühazirələrlə çıxış edəcək, müzakirələr aparılacaq.

Həftə ərzində Gəncənin zəngin tarixi və dini-mədəni irsinin tanıdılması məqsədilə şəhərdəki tarixi abidələrə və dini məkanlara ekskursiyalar nəzərdə tutulur.