Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
05.03.2022 / Xəbərlər

Gəncə bölgəsinin din xadimləri qarşıda duran vəzifələri müzakirə ediblər

Martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Gəncə şəhərindəki İmamzadə ziyarətgah kompleksində 2022-ci ildə qarşıda duran vəzifələrə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, QMİ-nin Qazilər Şurasının üzvü Tahir Abbasov, QMİ-nin Goranboy rayonu və Naftalan şəhəri üzrə səlahiyyətli nümayəndəsi Anar Orucov, bölgənin din xadimləri və dini icma sədrləri iştirak ediblər.

Çıxışlarda qeyd olunub ki, Azərbaycanda dini durum sabitdir. Vurğulanıb ki, ölkəmizdə konfessiyalararası və məzhəblərarası vəhdət mövcuddur. Multikultural dəyərlərə sahib olan ölkəmizin hər yerində bütün dinlərin daşıyıcıları mehriban və firavan şəraitdə yaşayırlar. Eyni zamanda, 2022-ci ildə din xadimlərinin qarşısında duran vəzifələr müzakirə edilib və tədbir iştirakçılarının təklifləri dinlənilib.