Gəncə bölgəsində dini konfessiyaların nümayəndələri anım mərasimlərində iştirak ediblər
Gəncə bölgəsində fəaliyyət göstərən məscidlərdə 27 sentyabr - Anım Günü ilə bağlı mərasimlər keçirilib. Gəncə şəhərində fəaliyyət göstərən müxtəlif dini konfessiyaların nümayəndələri də anım mərasimlərində iştirak ediblər.
Öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhidlərin ruhuna dualar oxunub.
Çıxışlarında natiqlər şəhid adının müqəddəsliyi, onların xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını qeyd ediblər. Zəfərin qazanılmasında hərbçilərimizin göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən danışıblar.


