Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
10.11.2022 / Xəbərlər

Füzuli və Ucarda "Vətən müharibəsindəki qələbəmizdə mili-mənəvi dəyərlərimizin rolu" mövzusu müzakirə olunub

Bölgələrdə "Vətən müharibəsindəki qələbəmizdə mili-mənəvi dəyərlərimizin rolu" mövzusunda tədbirlər keçirilib.

Ucar şəhər "Cami" məscidində baş tutan tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri İlham Qəribov, dini icma sədrləri və din xadimləri, Füzuli rayon “Mahmudlu 2” kənd məscidində keçirilən tədbirdə isə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı İlkin Bayandurov, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb.

Çıxışlarda Vətən müharibəsindəki qələbəmizdən və bu Zəfərin əldə olunmasında mili-mənəvi dəyərlərimizin rolundan bəhs olunub.