Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
19.12.2012 / Xəbərlər

Forumunun iştirakçıları Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin və Şəhidlər xiyabanını ziyarət etmişlər

“Dövlət və din: dəyişən dünyada tolerantlığın gücləndirilməsi” mövzusunda birinci Beynəlxalq Bakı Forumunun iştirakçıları dekabrın 19-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad olunmuş, məzarı üzərinə güllər düzülmüşdür.
Sonra Şəhidlər xiyabanına gələn forum iştirakçıları ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə tər çiçəklər düzmüşlər.