Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
01.05.2026 / Xəbərlər

Elan

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən müraciətlərə operativ şəkildə baxılmasının təmin edilməsi məqsədilə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının istehsalına, idxalına, ixracına və yayılmasına razılıq sənədinin verilməsi, nəzarət markası ilə markalanması ilə bağlı fiziki və hüquqi şəxslər tərəfindən birbaşa (fiziki olaraq) müraciətlərin qəbulu və nəticələrin təqdim edilməsi üzrə xüsusi qrafik tətbiq olunacaq.   

Qeyd olunan xidmətlər üzrə birbaşa (fiziki olaraq) müraciətlərin qəbulu, habelə bu müraciətlərə baxılmasının nəticələrinə dair sənədlərin, eləcə də nəzarət markalarının təqdim edilməsi may ayının 1-dən etibarən Dövlət Komitəsinin inzibati binasında (ünvan: Bakı şəhəri, Əhməd Cavad küçəsi, 16) aşağıdakı qrafik üzrə təşkil ediləcək:

1. Fiziki və hüquqi şəxslər tərəfindən birbaşa (fiziki olaraq) təqdim edilən müraciətlərin qəbulu:

·       Həftənin çərşənbə axşamı və cümə axşamı günləri;

·       Saat 10:00-dan 13:00-dək.

2. Müraciətlərin nəticələrinə dair sənədin təqdim edilməsi:

·       Həftənin çərşənbə və cümə günləri;

·       Saat 10:00-dan 13:00-dək.

Bununla yanaşı, vətəndaşların diqqətinə çatdırılır ki, dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarına rəy verilməsi, nəzarət markaları ilə markalanması ilə bağlı müraciətlərin elektron resurslar, poçt xidməti və digər kommunikasiya vasitələri ilə qəbulu qanunvericilikdə nəzərdə tutulmuş qaydada davam etdirilir.