Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
27.10.2025 / Xəbərlər

DQİDK tərəfindən “Korrupsiya” mövzusunda broşürlərin geniş ictimaiyyət arasında paylanması təşkil olunub

Korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanları (qurumları) arasında əməkdaşlığın daha da gücləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, eləcə də 6.9-cu bəndə əsasən media, o cümlədən dövlət orqanlarının (qurumlarının) və bələdiyyələrin öz internet və sosial şəbəkə səhifələrindən istifadə etməklə korrupsiyaya qarşı mübarizə tədbirləri ilə əlaqədar xüsusi buraxılışların təşkili, ictimai müzakirələrin və videokonfransların keçirilməsi təcrübəsinin genişləndirilməsi, bu sahədə müxtəlif videoçarxların, bukletlərin hazırlanması və onların əhali arasında geniş yayılmasının təşviq edilməsi məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən broşürlər çap olunub.

Broşürlərin çapı Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 5.1-ci bəndinə əsasən həyata keçirilib.

Regionlarda keçirilən maarifləndirmə tədbirlərində DQİDK tərəfindən broşürlərin geniş ictimaiyyət arasında paylanması təşkil olunub.

Qeyd edək ki, broşürdə korrupsiyanın anlayışı və formaları, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, korrupsiya ilə bağlı müraciətlərə baxılmasının xüsusiyyətləri, korrupsiya hüquqpozmalarına görə məsuliyyət və digər məsələlər barədə məlumatlar öz əksini tapıb.