DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə maarifləndirmə tədbirləri keçirilib
Həftə ərzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) bölgə şöbələri maarifləndirmə tədbirlərini davam etdirib.
DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Füzuli rayonu Horadiz şəhər “Əhli-Beyt”, Tərtər rayonu “Cümə”, “Mahmudlu-2” kənd məscidi dini icmalarının nümayəndələri, din xadimləri və din xadimi olmaq istəyən namizədlərin iştirakı ilə görüşlər keçirilib.
Təşkil edilən görüşlərdə çıxış edən Dövlət Komitəsinin şöbə müdiri Əlizadə Nəcəfov, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi qaydaları, din xadiminin təyin edilməsi məqsədi ilə müsahibə elanının verilməsi ilə bağlı təşkilati məsələlər barədə danışıblar.
Ağdam rayonunun Mahrızlı və Zəngilaşı kənd məscidlərində din xadimləri və din xadimi olmaq istəyən namizədlərin iştirakı ilə keçirilən görüşlərdə isə şöbənin əməkdaşı Ramil Cavadov çıxış edib. O, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması ilə bağlı tədbir iştirakçılarının suallarını cavablandırıb.



