Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
07.09.2026 / Xəbərlər

Dövlət Komitəsinin sədri Zəngilan rayonunda vətəndaşları qəbul edib

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov sentyabrın 7-də Zəngilan rayonunda vətəndaşları qəbul edib.

Qəbul zamanı vətəndaşlar İslam dininə aid ibadət yerlərinə din xadiminin təyinatı, maarifləndirmə işinin genişləndirilməsi, işlə təmin olunma, eləcə də digər məsələlərlə bağlı müraciət ediblər.

Vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli ilə bağlı Komitənin struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.