Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
19.10.2022 / Xəbərlər

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşları qəbul edib

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu keçirilir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həlli istiqamətində müvafiq tədbirlər görülür.

Oktyabrın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Yevlax şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. Qəbulda Yevlax, Mingəçevir şəhərləri, eləcə də Ağdaş, Bərdə rayonlarından olan sakinlərin ərizə, müraciət və təkliflərinə baxılıb.

Qəbuldan əvvəl Komitə sədri Mübariz Qurbanlı və Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.

Qəbula gələn vətəndaşların Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid müraciətləri Komitənin müvafiq bölgə şöbəsinin məsul şəxsinin iştirakı ilə dinlənilib, ərizələri qəbul edilərək, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.