Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşları qəbul edəcək
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı oktyabrın 19-da Yevlax, Mingəçevir şəhərləri, eləcə də Ağdaş və Bərdə rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbul Yevlax şəhərində yerləşən Heydər Əliyev Mərkəzində saat 11:00-da keçiriləcək.
Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
DQİDK-nın bölgə şöbə müdiri:
Natiq Əfəndiyev
Əlaqə vasitələri:
(050) 211 68 89
(022) 336 55 95
chairman@scwra.gov.az
dk-yevlax@scwra.gov.az