Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
25.11.2024 / Xəbərlər

Dövlət Komitəsinin sədri Naxçıvan şəhərində vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov noyabrın 29-da Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.

Qəbul saat 11:00-da Naxçıvan MR Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin inzibati binasında (ünvan: Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 1/8) keçiriləcəkdir.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Naxçıvan MR Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinə (Əlaqə vasitələri: (+994) 36 544 56 29, chairman@scara.gov.az) müraciət etmələri xahiş olunur.