Dövlət Komitəsinin sədri Lənkəranda vətəndaşları qəbul edəcək
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iyunun 8-də Lənkəran, Astara və Lerik rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.
Qəbul Lənkəran şəhər Heydər Əliyev mərkəzində (Zərifə Əliyeva küçəsi, 2) saat 11:00-da keçiriləcəkdir.
Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinə (Əlaqə vasitələri: (025) 255 39 84, (050) 380 27 43, chairman@scwra.gov.az, dk-lenkeran@ scwra.gov.az) müraciət etmələri xahiş olunur.
