Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
01.10.2026 / Xəbərlər

Dövlət Komitəsinin sədri Kürdəmirdə vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov oktyabrın 5-də Mingəçevir şəhəri, Yevlax, Ağdaş, Göyçay, Ucar, Kürdəmir və Zərdab rayonlarından olan vətəndaşları qəbul edəcək. 

Qəbul saat 11:00-da Kürdəmir şəhəri, Bakı prospekti, 394 ünvanında keçiriləcək.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Mərkəzi Aran regional bölməsinə (əlaqə vasitələri: (024) 278 45 03, (050) 211 68 89, chairman@scara.gov.az, dk-merkeziaran@scara.gov.az) müraciət etmələri xahiş olunur.