Dövlət Komitəsinin sədri Kəlbəcərdə vətəndaşları qəbul edəcək
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov avqustun 3-də Kəlbəcər və Laçın rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbul saat 11:00-da Kəlbəcər şəhərində yerləşən Dost Mərkəzində keçiriləcək.
Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şərqi Zəngəzur regional bölməsinə (əlaqə vasitələri: (021) 275 52 00, (050) 888 39 98, chairman@scara.gov.az, dk-zengezur@scara.gov.az) müraciət etmələri xahiş olunur.