Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
26.05.2026 / Xəbərlər

Dövlət Komitəsinin sədri Bakı şəhərində vətəndaşların müraciətlərini dinləyib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbər vəzifəli şəxslərinin 2026-cı il üzrə vətəndaş qəbulu cədvəlinə uyğun olaraq, Komitə sədri Ramin Məmmədov mayın 26-da Bakı şəhərində növbəti vətəndaş qəbulu keçirib.

Qəbul zamanı dini fəaliyyətin təşkili, dini maarifləndirmə işinin təkmilləşdirilməsi, eləcə də digər mövzularla bağlı müraciət və təkliflər dinlənilib.

Qaldırılan məsələlər müvafiq qaydada qeydə alınıb. Hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qanunvericiliyə uyğun həlli məqsədilə Dövlət Komitəsinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.