Dövlət Komitəsinin sədri Bakı şəhərində vətəndaşları qəbul edib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbər vəzifəli şəxslərinin 2025-ci il üzrə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Komitə sədri Ramin Məmmədovun sentyabrın 26-da Bakı şəhərində növbəti vətəndaş qəbulu keçirilib.
Qəbul zamanı vətəndaşlar dini ədəbiyyatın çapı, işlə təmin olunmaq, dini icmanın fəaliyyəti, eləcə də digər məsələlərlə bağlı müraciət ediblər.
Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.









