Dövlət Komitəsinin sədri Astara rayonu Kijəbə qəsəbəsi “Lovayn” məscidinin fəaliyyəti ilə tanış olub
Oktyabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Astara rayonu Kijəbə qəsəbəsi “Lovayn” məscidinin fəaliyyəti ilə tanış olub.
Komitə sədri din xadimləri ilə söhbətində Azərbaycandakı nümunəvi dövlət-din münasibətlərinə toxunaraq, bu modelin əsas sütunlarından olan harmoniya və mənəvi vəhdətin önəminə diqqət çəkib. Bu dəyərlərin təbliği istiqamətində görülən işlərdə din xadimlərinin üzərinə mühüm vəzifələr düşdüyünü vurğulayan R.Məmmədov onların peşəkarlıq səviyyəsinin artırılmasının dövrün vacib tələbi olduğunu qeyd edib, din xadimlərinin səmərəli fəaliyyətinin təşkili ilə bağlı fikirlərini bölüşüb. Görüşdə zərərli dini meyillərlə mübarizənin gücləndirilməsi, xurafatın qarşısının alınması, dini-ideoloji təbliğat sahəsində maarifləndirmə işlərinin daha da genişləndirilməsi ilə bağlı din xadimlərinin təklifləri dinlənilib.




