Dövlət Komitəsinin sədri Ağcabədidə vətəndaşları qəbul edəcək
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı martın 29-da Ağcabədi, Ağdam, Tərtər, Füzuli, Laçın, Cəbrayıl (Cocuq Mərcanlı) rayonlarından olan vətəndaşları qəbul edəcəkdir. Qəbul Yeni Azərbaycan Partiyasının Ağcabədi rayon təşkilatının inzibati binasında (Ağcabədi şəhəri, H.Əliyev prospekti 213A) saat 11:00-da keçiriləcək.
Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinə (Əlaqə vasitələri: (021) 275-52-00, (050) 315-53-52, chairman@scwra.gov.az, dk-agcabedi@scwra.gov.az) müraciət etmələri xahiş olunur.
