Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
18.01.2023 / Xəbərlər

Dövlət Komitəsinin sədri Abşeronda vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı yanvarın 25-də Sumqayıt şəhəri və Abşeron, Xızı, Qubadlı, Zəngilan rayonlarından olan vətəndaşları qəbul edəcəkdir. Qəbul Abşeron rayon Heydər Əliyev Mərkəzində  (Abşeron ray, Xırdalan şəh, H.Əliyev parkı) saat 11:00-da keçiriləcəkdir.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinə (Əlaqə vasitələri: (018) 654 00 40,  (055) 275 88 33, chairman@scwra.gov.az, dk-sumqayit@scwra.gov.az) müraciət etmələri xahiş olunur.