Dövlət Komitəsinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib
Mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib.
Müstəqil Azərbaycanın qurucusu və memarı Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub.


