Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
10.05.2026 / Xəbərlər

Dövlət Komitəsinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyindəki qurumların rəhbərliyi və kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər.

Müstəqil Azərbaycanın qurucusu və memarı Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı önünə gül dəstələri qoyulub.

Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə güllər düzülüb.