Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
27.02.2024 / Xəbərlər

Dövlət Komitəsində görüş keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsini müvəqqəti icra edən Səyyad Salahlı fevralın 26-da Türkiyə Diyanət İşləri İdarəsinin Həcc və ümrə xidmətlərinin baş direktoru Rəmzi Bircan ilə görüşüb.

Yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan–Türkiyə münasibətlərindən bəhs edən  S.Salahlı qonağa ölkəmizdəki dövlət-din münasibətləri, milli-mənəvi və multikultural dəyərlərə verilən önəm, nümunəvi tolerantlıq mühiti və əməkdaşlıq münasibətləri, o cümlədən  bu münasibətlərin tənzimlənməsi sahəsində fəaliyyət göstərən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi barədə məlumat verib.

Səmimi görüşə görə təşəkkürünü bildirən Türkiyə Diyanət İşləri İdarəsinin Həcc və ümrə xidmətlərinin baş direktoru Rəmzi Bircan qardaş ölkələr arasında olan sıx münasibətlərin təcrübə mübadiləsi baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Görüşdə, eyni zamanda, qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.