Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
31.03.2022 / Xəbərlər

Dövlət Komitəsində görüş keçirilib

Martın 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyavuş Heydərov “Xilaskar” Yevangelik Lüteranların Bakı dini icmasının sədri Vera Nesterova, icmanın  pastoru  Lemke Qothard Günter Valter  ilə görüşüb.

Görüşdə icmanın fəaliyyəti ilə bağlı yeni imkanlar müzakirə olunub, perspektivlər və qarşıda duran məsələlərdən bəhs edilib. Eyni zamanda, keçiriləcək tədbirlər ətrafında fikir mübadiləsi aparılıb. İcmanın  fəaliyyəti ilə bağlı qanunvericiliyin tələbləri izah edilərək qaldırılan məsələnin həllinə köməklik və dəstək göstəriləcəyi diqqətə çatdırılıb.

Sonda icma üzvləri Azərbaycanda dini qurumların, ibadət ocaqlarının fəaliyyəti üçün yaradılan hüquqi-mənəvi şəraitdən razılıqlarını ifadə edərək  dövlətin dini konfessiyalara göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.