Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
01.04.2022 / Xəbərlər

Dövlət Komitəsində etik davranış qaydalarına həsr olunan tədbir keçirilib

Martın 31-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində  etik davranış qaydalarına həsr olunan tədbir keçirilib. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən etik normalara dair dövlət qulluqçularının maarifləndirilməsi məqsədilə keçirilən tədbirdə Dövlət Komitəsinin Aparat rəhbəri Amil Cavadov çıxış edərək ölkəmizdə dövlət qulluqçularının, xüsusilə gənclərin mütəxəssis kimi formalaşmasına göstərilən qayğı və diqqəti vurğulayıb. Dövlət qulluğunda çalışan hər kəsin vəzifə öhdəliklərini yüksək peşəkarlıqla, vicdanla və məsuliyyətlə yerinə yetirməsinin labüdlüyünü diqqətə çatdıran Aparat rəhbəri, həmçinin etik davranış qaydalarına əməl olunmasının əhəmiyyətinə toxunub.