Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
27.09.2021 / Xəbərlər

Din xadimlərinin iştirakı ilə “Zəfərə aparan yol – milli və dini həmrəylik” mövzusu müzakirə olunub

Sentyabrın 27-də “Zəfərə aparan yol – milli və dini həmrəylik”  mövzusunda onlayn formatda seminar keçirilib. 

Seminarda DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları Elvin İbrahimov, Bəhrəm Ədalətoğlu, Xocavənd  və Sabirabad rayon icra hakimiyyətlərinin nümayəndələri Nicat  Şirinov, Əliabbas Həsənov, QMİ-nin Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, həmçinin  Sabirabad,  Saatlı, İmişli və Beyləqan  rayonlarında fəaliyyət göstərən dini icma sədrləri və din xadimləri iştirak ediblər.  

Çıxışlar zamanı mövzunun əhəmiyyətindən danışılıb. Qeyd edilib ki, hər bir Azərbaycan vətəndaşı 44 günlük Vətən Müharibəsində Prezidentin ətrafında “dəmir yumruq” olaraq birləşdi. O da bildirilib ki, şanlı tarixi Zəfərin qazanılmasında Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasəti, eləcə də Azərbaycan Ordusunun rəşadəti xüsusi önəm daşıyır.