Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
16.12.2021 / Xəbərlər

Din xadimlərinin iştirakı ilə videokonfrans keçirilib

Dekabrın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin  təşkilatçılığı, Saatlı, Sabirabad, İmişli və Beyləqan rayonlarında fəaliyyət göstərən dini icma sədrləri, din xadimlərinin iştirakı ilə dini icmaların 2021-ci il üçün yekun hesabatı və cari il üçün görüləcək işlər barədə videokonfrans keçirilib.

Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları Elvin İbrahimov,  Bəhrəm Ədalətoğlu, Sabirabad Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Əliabbas Həsənov, həmçinin  Sabirabad,  Saatlı, İmişli və Beyləqan  rayonlarında fəaliyyət göstərən dini icma sədrləri və din xadimləri iştirak ediblər.

DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov öz çıxışında ölkəmizdəki tolerantlıq mühitindən danışaraq vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin dövlət-din münasibətləri sahəsində əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycandakı dini dözümlülük və tolerantlıq dövlət siyasəti kimi səciyyələndirilir. Şöbənin əməkdaşı həmçinin,  ölkəmizdə dövlət-din münasibətlərinin beynəlxalq hüquq normalarına uyğun olaraq tənzimlənməsindən, eləcə də dini icmalar arasında tolerantlıq mühitinin qorunub saxlanmasından danışıb. 

Daha sonra çıxış edən din xadimləri ölkəmizdə müxtəlif dinlərə mənsub olan şəxslərin qarşılıqlı hörmət və dözümlülük ruhunda dini ayin və ibadətlərini yerinə yetirdiyini, ölkəmizin tolerant ölkə kimi tanınmasında bu amilin əsas rol oynadığını bildiriblər.

Konfrans qarşılıqlı müzakirələrlə davam edib.