Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
27.09.2021 / Xəbərlər

Din xadimləri Şamaxıdakı Şəhidlər xiyabanını ziyarət ediblər

Sentyabrın 25-də Şamaxı və Qobustan rayonlarının din xadimlərinin iştirakı ilə Şamaxı şəhəri Şəhidlər xiyabanı ziyarət edilib. Ziyarətdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Əhmədov, Şamaxı və Qobustan RİH-lərin nümayəndələri Rəşad Əliyev və Aftandil Şikarov,  QMİ-nin bölgə qazısı Mərəhmət Mustafayev, QMİ-nin səlahiyyətli nümayəndəsi Elşən Rüstəmov, eləcə də Şamaxı və Qobustan rayonlarında fəaliyyət göstərən məscidlərin din xadimləri iştirak ediblər.

Şəhidlərin məzarları ziyarət edilib və ruhlarına dualar oxunub. Daha sonra Vətən, torpaq və şəhidlik haqqında çıxışlar edilib.