Din xadimləri “Milli həmrəyliyin qorunmasında İslam dininin rolu” mövzusunu müzakirə ediblər
Sentyabrın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Salyan rayonunda din xadimlərinin iştirakı ilə “Milli həmrəyliyin qorunmasında İslam dininin rolu” mövzusunda onlayn konfrans keçirilib.
Tədbirdə çıxışlar zamanı qeyd edilib ki, Azərbaycandakı dini münasibətlər ən düzgün və zamanın sınaqlarından layiqincə çıxan modeldir. Ölkəmizdə islami dəyərlərə bağlılığın, dinin saflığının qorunmasının ən gözəl nümunəsi mövcuddur. Azərbaycan hüquqi, dünyəvi dövlətdir. Dinin dövlətdən ayrı olmasına baxmayaraq, dövlət-din münasibətləri sağlam təməllər üzərində formalaşaraq dövlətçiliyimizin möhkəmlənməsinə xidmət edir. Azərbaycanda bu cür sağlam dövlət-din münasibətlərinin əsasını isə müstəqillik dövründə Ulu Öndər Heydər Əliyev qoyub və Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
Sonda mövzu ilə bağlı tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

