Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
09.12.2022 / Xəbərlər

“Daha təhlükəsiz dünya naminə dinlər və mədəniyyətlərarası dialoqun təşviqi” mövzusunda beynəlxalq konfrans Türkiyə mətbuatında

“Daha təhlükəsiz dünya naminə dinlər və mədəniyyətlərarası dialoqun təşviqi” mövzusunda beynəlxalq konfrans Türkiyə mətbuatında geniş işıqlandırılıb.

Brüsseldə keçirilən “Daha təhlükəsiz dünya naminə dinlər və mədəniyyətlərarası dialoqun təşviqi” mövzusunda beynəlxalq konfrans Türkiyə mətbuatının diqqət mərkəzindədir.

“Beltürk haber”, “Sondakika.com”, “Haber1” portalları beynəlxalq konfransın gedişatı, əhəmiyyəti barədə yazılar dərc ediblər. Xəbərlərdə qeyd edilib ki, beynəlxalq konfransın təşkili multikulturalizm modelinin təbliğinin bəşəri önəminə diqqət çəkmək, dinlərarası və sivilizasiyalararası dialoq və əməkdaşlığın inkişaf etdirilməsinin müasir dünyanı narahat edən problemlərin aradan qaldırılmasında əhəmiyyətini vurğulamaq məqsədi daşıyır. Avropanın aparıcı dövləti olan və müxtəlif mədəniyyətlərin, dinlərin təmsil olunduğu Belçikada keçirilən beynəlxalq konfrans qlobal əhəmiyyət kəsb edən bu mövzuya dünya ictimaiyyətinin diqqətini daha da artırmaq, sülhü və əmin-amanlığı təhdid edən amillərə, xüsusilə dinlərarası ixtilaflara qarşı müxtəlif mədəniyyətlərin, sivilizasiyaların və dinlərin nümayəndələrinin birgə mövqeyini nümayiş etdirmək məramına xidmət edir. Eyni zamanda yazılarda tədbir çərçivəsində baş tutan sərgi vasitəsilə konfrans iştirakçılarına multikulturalizm, dinlərarası harmoniyanın Azərbaycan modeli ilə tanış olmaq imkanı verilməsi barədə məlumat öz əksini tapıb.

Yazılarla aşağıdakı linklər vasitəsilə tanış ola bilərsiniz:

https://www.belturkhaber.be/haber/brukselde-dinler-arasi-diyalogun-tesviki-konulu-konferans-duzenlendi-4313

https://www.sondakika.com/haber/haber-bruksel-de-dinler-arasi-diyalogun-tesviki-konulu-15474597/?fbclid=IwAR2PnikuP0rDG3xioBK0hwexVCTmiSiCDBlah5daiO1EWTmwr1N2TmSPUJk

https://www.haber1.com/genel/brukselde-dinler-arasi-diyalogun-tesviki-konulu-konferans-duzenlendi/?fbclid=IwAR2sOgf_pLyVZq_xuH0mHOHo6QDjGhXFtKqbff9qoZjWpm_wKhDZ-ISEE6M