Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
06.04.2022 / Xəbərlər

Cəlilabadda “Zərərli vərdişlərə qarşı mübarizədə təhsilin rolu” mövzusunda tədbir keçirilib

Aprelin 6-ı Cəlilabad rayonu Alar kəndi Heydər Əliyev adına 1 saylı tam orta məktəbində “Zərərli vərdişlərə qarşı mübarizədə təhsilin rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavidan Rəşidov, Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini Elnarə Həsənova, Rayon Polis Şöbəsinin rəisi Polad Qarayev, məktəbin direktoru Hilal Quliyev, müəllim və şagirdlər iştirak ediblər.

Çıxışlarda zərərli vərdişlərin törətdiyi bəlaların qarşısının alınmasının önəmindən bəhs olunub. Bu istiqamətdə aparılan maarifləndirmə tədbirlərinin əhəmiyyəti vurğulanıb. Eyni zamanda zərərli vərdişlərə qarşı mübarizədə təhsilin rolu yüksək qiymətləndirilib.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.