Cəlilabadda “Heydər Əliyev və milli - mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib
Mayın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsi və Cəlilabad rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və milli - mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları Cavidan Rəşidov və Həsən Hümmətov, rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov, ziyalılar, eləcə də ADPU-nun Cəlilabad filialının tələbələri iştirak ediblər.
Çıxışlarda Ulu Öndər Heydər Əliyevin dövlət-din münasibətlərinin tənzimlənməsi, müxtəlif dinlərə məxsus dini abidələrimizin qorunması, onların təmiri və yenilərinin tikilməsi istiqamətində imzaladığı sərəncamlar və digər xidmətləri haqqında ətraflı məlumat verilib. Həmçinin Ümummilli Liderin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən bəhs olunub. O da qeyd olunub ki, Heydər Əliyev ömrünü bütövlükdə respublikamızın çiçəklənməsinə həsr edib.

