Bölgələrdə Xocalı qurbanlarının xatirəsi anılıb
Fevralın 24-də Lənkəran şəhərində Xocalı soyqırımının 30-cu ildönümünə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Lənkəran Peşə Liseyinin müəllim və tələbələri iştirak ediblər.
Tərtər rayonunun Qapanlı kənd tam orta məktəbində də Xocalı qurbanlarının xatirəsi yad edilib.
Tədbirdə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov, Tərtər Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Rəvan Həsənov, Tərtər rayon “Cümə” məscidi dini icmasının sədri və imamı Sadiq Cəfərov, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Çıxışlar zamanı Xocalı soyqırımı haqqında danışılıb. Bildirilib ki, bu soyqırım bütövlükdə bəşəriyyətə, insanlığa qarşı törədilmiş vəhşi cinayət aktıdır. Natiqlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində tarixi qələbə qazandığını, torpaqlarımızın düşmən tapdağından azad edildiyini, soyqırım qurbanları və şəhidlərimizin qisasının alındığını qeyd ediblər.



