Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
26.11.2021 / Xəbərlər

Bölgələrdə milli-mənəvi dəyərlərimizlə bağlı tədbirlərin keçirilməsi davam etdirilir

Noyabrın 26-sı Oğuzda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsi və Oğuz rayonu Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Oğuz rayonunda “Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi”, Şəki şəhərində isə “Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilib.

Keçirilən tədbirlərdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşları Samir Salehov, Zaman Şirinov, adıçəkilən rayonların məsul şəxsləri, din xadimləri və gənclər iştirak ediblər.

Çıxışlar zamanı mövzuların əhəmiyyəti qeyd olunub. Gənclərin təlim-tərbiyəsində milli-mənəvi dəyərlərin rolundan, cəmiyyətin uşaqlar qarşısında hüquqi və mənəvi öhdəliklərindən danışılıb. Eyni zamanda Zəfər salnaməmizə çevrilmiş 44 günlük Vətən müharibəsinin hər bir azərbaycanlının qürur mənbəyi olduğu  vurğulanıb.