Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
03.06.2022 / Xəbərlər

Bölgələrdə din xadimlərinin iştirakı ilə maarifləndirici görüşlər davam etdirilib

İyunun 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan, Masallı, Yevlax, Şəki, Ağcabədi, Şamaxı, Tovuz, Ucar bölgələri üzrə şöbələrinin təşkilatçılığı ilə müvafiq olaraq Hacıqabul, Şirvan, Yardımlı, Yevlaxdan, Qəbələ, Oğuz, Ağcabədi, İsmayıllı, Kürdəmir və Şəmkirdən olan din xadimləri ilə görüşlər keçirilib. “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydasının” şərtləri ilə bağlı din xadimlərinin maarifləndirilməsi məqsədi daşıyan görüşlərdə DQİDK-nın şöbə müdirləri, rayon icra hakimiyyətlərinin nümayəndələri və din xadimi olmaq istəyən şəxslər iştirak ediblər.

Çıxışlarda Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikasının Qanununda edilən son dəyişikliklərdən, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi qaydalarından, eyni zamanda din xadiminin təyin edilməsi məqsədi ilə verilən müsahibə elanı ilə bağlı təşkilati məsələlərdən bəhs edilib, bu istiqamətdə din xadimləri və namizədləri maraqlandıran suallar cavablandırılıb.