Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
31.03.2022 / Xəbərlər

Bölgələrdə anım tədbirləri davam etdirilib

Martın 31-də UcarKürdəmir rayonlarında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi, müvafiq rayonların İcra Hakimiyyətləri, Heydər Əliyev Mərkəzləri, Gənclər və İdman İdarələrinin birgə təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününün idönümünə həsr olunmuş anım  tədbirləri keçirilib.

Tədbirlərdə təşkilatçı qurumların əməkdaşları, ictimaiyyət nümayəndələri və aktiv fəaliyyəti ilə seçilən gənclər iştirak ediblər.

Tədbirlərdə ilk olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin və soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edən natiqlər erməni qəsbkarları tərəfindən azərbaycanlılara qarşı 1918-ci ilin mart ayında törədilmiş soyqırımı aktını bəşəriyyətə, insanlığa qarşı törədilən vandalizmin təzahürü kimi qiymətləndirərək, bu genişmiqyaslı qanlı hadisə nəticəsində minlərlə həmvətənimizin böyük amansızlıqla və qəddarlıqla qətlə yetirildiyini bildiriblər.

Soyqırımı qurbanları Zaqatalada da anılıb. Martın 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsi, Zaqatala Rayon İcra Hakimiyyəti və Əliabad İslam Kollecinin birgə təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününün 104-cü ildönümünə həsr olunmuş seminarda qurumların əməkdaşları ilə yanaşı, kollecin müəllim və tələbələri iştirak ediblər.

Çıxışlar zamanı Ulu Öndər Heydər Əliyev tərəfindən 26 mart 1998-ci il tarixində imzalanan  “Azərbaycanlıların soyqırımı haqqında” Fərman ilə 31 Mart soyqırımına ilk dəfə siyasi-hüquqi qiymətin verilməsi xüsusilə vurğulanıb. Erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri insanlıq terroru barədə həqiqətlərin dünya ictimaiyyətinə daha da dolğun çatdırılması məqsədilə dövlətimiz tərəfindən  bu gün də düşünülmüş və məntiqli addımların atıldığı tədbir iştirakçılarının diqqətinə çatdırılıb.