Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
27.05.2022 / Xəbərlər

Bölgələrdə 28 May - Müstəqillik Günü ilə əlaqədar tədbirlər keçirilib

Mayın 26-da Ağsu rayonu Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsi və Ağsu rayonu Gənclər və İdman İdarəsinin (Gİİ) birgə təşkilatçılığı ilə 28 May - Müstəqillik Günü ilə əlaqədar "Daim uğurları ilə yüksələn doğma vətən - Azərbaycan" mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Tural Vahidov, Ağsu rayonu Gİİ-nin rəis müavini Rəşad Osmanov, mərkəzin əməkdaşları, rayonun gənc könüllüləri və məktəblilər iştirak ediblər.

Öncə tədbir iştirakçıları müstəqilliyimizin əldə olunması və ərazi bütövlüyümüz uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti, demokratik hüquq və azadlıqların bərqərar olmasından danışıblar. Qeyd edilib ki, artıq Azərbaycan ikinci ildir ki, 28 May - Müstəqillik Gününü öz ərazi bütövlüyünü təmin etmiş qalib dövlət kimi qeyd edir.

Sonda Müstəqillik Gününə həsr edilmiş film nümayiş etdirilib.

 

***

 

Mayın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsi və Sumqayıt şəhər Cümə məscidi dini icmasının birgə təşkilatçılığı ilə 28 May-Müstəqillik Gününə həsr olumuş tədbir keçirilib.

Tədbirdə Sumqayıt bölgəsi üzrə şöbənin müdiri Yalçın Abdullayev,  şöbənin əməkdaşı Ülvi Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə qazısı Rauf Sərdarov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.

Çıxışlar zamanı Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının əhəmiyyətindən söz açılıb, Şərqdə, o cümlədən türk-islam dünyasında ilk hüquqi və dünyəvi dövlət nümunəsi olduğu vurğulanıb. Bildirilib ki, AXC-nin varisi olan müstəqil dövlətimiz Prezident İlham Əliyevin rəhbərliyi altında daha da möhkəmlənir.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.

 

***

 

Mayın 26-da Dini  Qurumlarla  İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi  üzrə  şöbəsi,  Oğuz  Rayon  Gənclər və İdman  İdarəsi (Gİİ), Şəki-Zaqatala  Regional  Təhsil İdarəsi,  YAP  Oğuz  Rayon  Təşkilatı və rayon Mərkəzi Kitabxanasının  birgə təşkilatçılığı ilə  28  may - Müstəqillik Gününə həsr olunmuş  tədbir  keçirilib.

Tədbirdə DQİDK–nın bölgədəki əməkdaşı Samir Salehov, Oğuz Gİİ-nin rəis müavini Şaiq Rüstəmov, Təhsil İdarəsinin  əməkdaşı  Günel Abdullayeva,  YAP Oğuz  Rayon Təşkilatının aparat rəhbəri Mehman Ramazanov, Şəki Regional Mədəniyyət İdarəsinin nümayəndəsi Arizə Xudiyeva, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar və gənclər   iştirak ediblər.

Çıxışlar  zamanı  qeyd olunub ki,  müstəqillik  Azərbaycan xalqının ən böyük sərvətidir. 28 may - Müstəqillik Günü tariximizə qızıl hərflərlə həkk olunmuş hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan bir gündür. Tarixi proseslər, hadisələr deməyə əsas verir ki, müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir işdir. 20-ci əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan Ulu Öndər Heydər Əliyevin dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər görməsi nəticəsində suverenliyini qoruyub saxlamağı bacardı. 

 

***

 

Mayın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə 28 May-Müstəqillik Gününə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Səyyad Babakişiyev, muzeyin əməkdaşları, Lənkəran Dövlət Universiteti nəzdində Sosial və Aqrar-texnoloji Kollecin nümayəndəsi Cəmil Quliyev, müəllimlər və tələbələr iştirak ediblər.

Çıxışlar zamanı 1918-ci ilin mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə mühüm hadisə olduğu qeyd edilib. Xalq Cümhuriyyətinin qısa zaman ərzində gördüyü işlərə və əldə edilmiş uğurlara diqqət çəkilib.