Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
27.10.2021 / Xəbərlər

Bölgədə vətənpərvərlik mövzularında tədbirlər keçirilib

Oktyabrın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Neftçala rayonunda “Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərin rolu” mövzusu, Hacıqabul rayonunda isə “Vətənpərvərlik nümunəsi: şəhidlik və qazilik” mövzusunda onlayn formatda tədbirlər keçirilib. Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşları Alpay Şərifli, Sadiq Məmmədov, adları çəkilən rayonların ictimiayyət nümayəndələri və din xadimləri iştirak ediblər.

Çıxışlarda bildirilib ki, gənclərimizdə Vətənə məhəbbət hissini aşılamaq, bu sahədə təbliğat işləri aparmaq üzərimizə düşən əsas vəzifələrdəndir. Vətəni sevmək, onu qorumaq üçün gənclərimiz milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmalıdırlar. İslam dininin Vətən sevgisinə, vətənpərvərlik hisslərinə həmişə böyük önəm verdiyi də tədbir iştirakçılarının diqqətinə çatdırılıb. O da vurğulanıb ki, Vətən müharibəsində gənclər qətiyyətlə və vətənpərvərliklə döyüşərək qanları, canları bahasına işğala son qoydular.