Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
27.10.2021 / Xəbərlər

Biləsuvarda “Zəfərə aparan yol: milli və dini həmrəylik" mövzusunda tədbir keçirilib

Oktyabrın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Biləsuvar rayonunda “Zəfərə aparan yol: Milli və dini həmrəylik" mövzusunda onlayn tədbir keçirilib.

Tədbirdə DQDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Taleh Nuruyev və rayonun din xadimləri iştirak ediblər.

Çıxışlar zamanı mövzunun əhəmiyyətindən bəhs edilib. Qeyd edilib ki, hər bir Azərbaycan vətəndaşı 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin ətrafında “dəmir yumruq” kimi birləşərək həmrəylik nümayiş etdirdi.

Sonda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.