Biləsuvarda “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq” mövzusu müzakirə edilib
Dekabrın 29-da Biləsuvar rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq" mövzusunda onlayn tədbir keçirilib.
Tədbirdə DQİDK-nin Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Taleh Nuruyev və rayonun din xadimləri iştirak ediblər. Bildirilib ki, mürəkkəb geosiyasi mövqedə yerləşməsinə baxmayaraq, respublikamız nəinki regionun, hətta dünyanın ən sabit ölkələrindən biridir.
O da vurğulanıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanlar qardaşlıq, dostluq və qarşılıqlı hörmət şəraitində yaşayırlar.
Qeyd edilib ki, radikalizm və ekstremizmin əsas qurbanlarının əksəriyyətini gənclər təşkil edir. Bu fakt nəzərə alınaraq keçirilən maarifləndirmə tədbirlərinə şagird və tələbələrin cəlb olunmasına xüsusi diqqət yetirilir.
Sonda mövzu ilə bağlı suallar cavablandırılıb.