Biləsuvarda "Vətənpərvərlik nümunəsi: şəhidlik və qazilik" mövzusunda tədbir keçirilib
Noyabrın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsi və Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Vətənpərvərlik nümunəsi: şəhidlik və qazilik" mövzusunda onlayn tədbir keçirilib.
Tədbirdə Dini Komitənin Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Taleh Nuruyev, Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev, idarənin əməkdaşları iştirak ediblər.
Çıxışlar zamanı mövzunun əhəmiyyətindən bəhs edilib. Natiqlər bu cür tədbirlərin gənclərimizə Vətənə sevgi hisslərinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun təbliğ olunması baxımından mühüm rola malik olduğunu qeyd ediblər. Bildirilib ki, dövlətimiz tərəfindən şəhid ailələrinə və qazilərə daima xüsusi diqqət göstərilir. Gənclərimizin həyat yolunda şəhid və qazilərimizi hər zaman nümunə götürməli olduqlarını vurğulayıblar.
Mövzu ilə bağlı digər natiqlər də öz fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.

