Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
01.04.2022 / Xəbərlər

Biləsuvarda Ramazan ayının başlanması və qarşıda duran məsələlər müzakirə olunub

Aprelin 1-də Biləsuvar rayonunda Biləsuvar Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Ramazan ayının başlanması və qarşıda duran məsələlər" mövzusunda tədbir keçirilib.

Tədbirdə Biləsuvar RİH-in başçısı Faiq Qürbətov, DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Taleh Nuruyev, Qafqaz Müsəlmanları İdarəsinin Biləsuvar rayonu üzrə səlahiyyətli nümayəndəsi Əlifağa Murtuzov, dini icma sədrləri və din xadimləri iştirak ediblər.

Çıxışlarda ölkəmizdə mövcud olan dövlət-din münasibətlərindən, bu istiqamətdə Ümummilli Lider Heydər Əliyevin göstərdiyi müstəsna xidmətlərdən bəhs edilib. Vurğulanıb ki, hazırda ölkə Prezidenti cənab İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Azərbaycanda da Ramazan ayının xüsusi şəkildə qeyd edildiyi diqqətə çatdırılıb və bu ayda Qafqaz Müsəlmanları İdarəsi tərəfindən tövsiyə edilmiş namaz təqvimlərinə riayət edilməsinin vacibliyi qeyd edilib.

Sonda iştirakçıların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.